Bakı-Quba yolundakı qəzada yaralanan daha bir sərnişin xəstəxanada ölüb

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Quba yolunun 75-ci kilometrliyində, Xızı rayonu ərazisində "Mercedes"lə "KamAZ"-ın toqquşması 3 nəfərin həyatına son qoyub.

Day.Az "Report"a istinadən bildirir ki, qəzada "Mercedes"in sürücüsü Şamil Əkbər oğlu Ələkbərov və sərnişin Leyla Məhəmməd qızı Mustafazadə hadisə yerində, Leyla Mustafazadənin əri Nicat Məmmədov isə bu gün xəstəxanada ölüb. Onların 3 yaşlı uşağı Yunus isə sağ qalıb.

Faktla bağlı araşdırma başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.