Peyğəmbərimizin bizə 5 xəbərdarlığı

Day.Az представляет новость на азербайджанском языке

İbni Abbas Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurur: "Ey insanlar! Dünya sizi axirətdən saxlamasın.

Nəfsani istəklərinizi İlahi itaətdən üstün tutmayın.

İmanınızı günahla düçar olmaq vasitəsi qərar verməyin.

Hesaba çəkilməzdən əvvəl, özünüz nəfsinizi hesaba çəkin.

Əzab olunmazdan əvvəl Qiyamət üçün hazır olun.

Məcburi şəkildə hərəkət etməzdən əvvəl, köçmək üçün ehtiyat toplayın".

Day.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) bu nurani hədisdə bizlərə 5 göstəriş verir.

1. Allaha itaəti nəfsinizə itaətdən üstün tutun. O kəslər kimi olmayın ki, necə ki, bu ayə təsvir edir: "Əlbəttə Allaha və Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları və onlara etiqad bəslənilməsi baxımından) ayrılıq salmaq istəyən, "biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq" deyən və onların (hamısına iman gətirməklə hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər - onlar əslində həmin (əsil) kafirlərdir (çünki, peyğəmbərlərin bəzilərini inkar etmək hamısını inkar etmək deməkdir). Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq". ("Nisa" 150-151).

2. Bəziləri imanlarını, günah etmək vasitəsi qərar verərlər. Onlar deyərlər: "Əgər biz günah etmişiksə, Allah böyükdür və imanımıza görə bizi bağışlayacaqdır". Bu, iman deyildir, mahiyyətcə itaətsizlikdir.

3. Hesaba çəkilməzdən əvvəl hesab vermək. Hər bir müsəlman yaxşı bilir ki, Qiyamət günü əməlləri hesaba çəkiləcəkdir. Bəs əgər aqildirsə, o zaman hələ bu dünyanı tərk etməzdən əvvəl özü-öz əməllərinin hesabını çəkər. Əgər günahları varsa - tövbə edər, əgər saleh əməlləri varsa - şükür edər.

4. Əzaba düçar olmazdan əvvəl səadətini təmin etmək. Allaha itaət və ibadət yolu ilə səadət və xoşbəxtlik yolunu seçər.

5. Yol üçün ehtiyat toplayar. Axı onu qarşıda uzaq və əziyyətli yol gözləyir. Əgər bu yolda ehtiyat və azuqəsi olmazsa, o, həlak olar və mənzil başına çata bilməz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.