Füzulidə tank və piyada əleyhinə minalar aşkarlanıb

Day.Az представляет новость на азербайджанском языке

Füzuli rayonunun Horadiz kəndi ərazisinin bir hissəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aparılan minatəmizləmə əməliyyatı zamanı sahədə yerləşən 2 su quyusuna baxış keçirilərkən ANAMA minaaxtaranları tərəfindən 15 ədəd OZM-72 piyada əleyhinə mina (PƏM), 1 ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı və 1 ədəd PQ-7 raketinin arxa motor hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınıb.

ANAMA-dan Day.Az-a bildirilib ki, mina sahəsinin ümumi ölçüsü 303 211 kv.m. təşkil edir. İndiyədək 266 701 kv.metr ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib, 3 ədəd partlamamış hərbi sursat (PHS) (2 ədəd 60 mm-lik minaatan mərmi və 1 ədəd PQ-7 raketinin arxa motor hissəsi) və 21 ədəd mina (1 ədəd TM-57 tank əleyhinə mina (TƏM), 1 ədəd TM-62P tank əleyhinə mina (TƏM), 18 ədəd OZM-72 piyada əleyhinə mina (PƏM) və 1 ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı) aşkar olunub.

Ərazidə minatəmizləmə əməliyyatı davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.