Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi

Day.Az представляет новость на азербайджанском языке

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (AEİMM) Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Həsənov mərkəzin direktor müavini təyin edilib.

Milli.Az xəbər verir ki, bu barədə report-a KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb. 

Qeyd edək ki, AEİMM-in tərkində 9 institut fəaliyyət göstərir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.