Bakıda alimentdən boyun qaçıran 42 yaşlı qadın həbs olundu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda qadın həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov deyib.

Onun sözlərinə görə, qadın Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerində saxlanılır: "Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Niftəliyeva Samirə Nazim qızı 3 il 8 aydır həyat yoldaşından ayrılıb.

Xəzər rayon Məhkəməsinin qərarı ilə cütlüyün arasındakı nikah pozulub və iki övladı atası ilə qalıb. Məhkəmə hər uşağa görə qadına 100 manat aliment kəsib.

Məhkəmənin aliment barədə qərarı olmasına baxmayaraq, qadın 3 il 8 aydır ki, qərarı icra etmir və alimenti ödəmir. Məhkəmə qərarını icra etmədiyi üçün qadın saxlanılıb və Xəzər rayon Məhkəməsinin qərarı il 10 sutka inzibati həbsə məhkum olunub".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz