"Yuventus" daha bir rekordu yenilədi

8 декабря 2018 16:37

Day.Az представляет новость на азербайджанском языке

"Yuventus" "Böyük beşlik" çempionatlarının rekordunu təkrarlayıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi A seriyasının ilk 15 turunda 43 xal toplayıb.

Öz meydanında İnter-ə 1:0 hesabı ilə qalib gələn "ağ-qaralar" bununla da PSJ-nin göstəricisinə şərik çıxıb. Parislilər cari mövsüm Fransa Liqa1-də ilk 15 turda 43 xal yığmışdı.

Avropanın aparıcı çempionatlarının qələbəyə görə 3 xalın verilməsi sisteminə keçdiyi vaxtdan indiyədək bundan yaxşı nəticə göstərən olmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!