Bakıda dəhşətli cinayət - Xanımın başına daşla zərbələr endirib əzdi və...

8 декабря 2018 18:08

Day.Az представляет новость на азербайджанском языке

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Azər Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın Trendə istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Adıgözəlov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin avqustun 30-da Nizami rayonunda naməlum şəxs Mənzurə Kərimovaya hücum edərək, əlində olan küt alətlə başına zərbələr endirib və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı onun qadına sellofan paketin içində gizlətdiyi daş parçası ilə xəsarət yetirdiyi məlum olub.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

A.Adıgözəlovun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!