İlahiyyatçı: “Başdaşının hansı formada olması haqqında İslamda qadağa yoxdur”

Day.Az представляет новость на азербайджанском языке

İlahiyyatçı Elşad Miri deyir ki, bu məsələlərə digər ölkələrdə bələdiyyələr baxır və burada İslama aid hər hansı nüans yoxdur

Baş nazir Novruz Məmmədov "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nı təsdiq edib. Qaydalar qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir. 

Qərarı dəstəkləyən din adamları digər ölkələrdə olduğu kimi, ölkəmizdə də bu işlərlə sırf dövlət qurumlarının məşğul olmasının düzgün olduğu qənaətindədirlər. Onlara görə, qəbirlərin necəliyinə islam dini qarışmır. 

Milli.Az bildirir ki, ilahiyyatçı Elşad Mirinin Sputnik Azərbaycan-a dediyinə görə, İslam dini qəbirlər və ya ölülər üçün gəlməyib: "İslam dini dirilər üçün gəlib. Qəbir mövzusu ilə bağlı məsələlərə digər ölkələrdə bələdiyyələr baxır və burada İslama aid hər hansı nüans yoxdur. Qəbirin hansı formada olması haqqında İslamda qadağa yoxdur. İslam dini sadəliyə, qənaətcilliyə önəm verən dindir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz