“Vay, termometr sındı” - Nə etmək lazımdır?

8 декабря 2018 21:20

Ən çox narahatlıq doğuran məsələlərdən biri bədən hərarətinin ölçülməsi zamanı və ya ehtiyatsızlıq nəticəsində termometrin sınmasıdır. Həmin hal baş verdikdə nə etmək lazımdır?

Milli.Az medicina.az-a istinadən termometr sındıqda nə etmək lazım olduğu barədə bir sıra vacib məsləhətləri nəzərə çatdırır.

Sınmış termometrin içindəki civə dərhal axır və kiçik kürəciklər şəklində ətrafa yuvarlanır. Civə buxarlanıb nəfəslə orqanizmə daxil olur və ciddi təhlükə yaradır. Otağın temperaturu yüksəldikcə civə daha tez buxarlanır. Ona görə də otağın temperaturunu mümkün qədər azaltmağa çalışmaq lazımdır. Evin bütün pəncərələri açılır, sərinkeş "soyuq" rejimə qoşulur, otaqda olan istilik sistemi söndürülür və həmin tədbirlər civənin buxarlanmasının intensivliyini azaldır. Civəni yığmaq üçün tozsoran və ya yaş əskidən istifadə etmək olmaz, bu məqsədlə "skoç" və ya plastrdan istifadə etmək daha yaxşıdır. Havada civənin konsentrasiyasını ölçmək və onun qalıqlarını xaric etmək üçün sanitar-epidemioloji xidmət mütəxəssisi çağırmaq lazımdır.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!