Azərbaycanda yanğınlarda ölənlərin sayı artıb - RƏQƏMLƏR

8 декабря 2018 22:02

Cari il 9 ayı ərzində yanğın hadisələrində 62 nəfər həyatını itirib.

Milli.Az Fövqaladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu il 13398 yanğın hadisəsi qeydə alınıb.

Yanğınların 1757-i çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 9168-i açıq sahələrdə, 9-u meşə və meşə talalarında, 251-i nəqliyyat vasitələrində, 2213-ü isə digər müxtəlif hadisələr nəticəsində baş verib.

Yanğın hadisələri zamanı 62 nəfər həlak olmuş, 127 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 23 nəfər və ya 59% çoxdur, xəsarət alanlar üzrə 38 nəfər və ya  23% azdır. Nazirliyin xilasediciləri tərəfindən 61 nəfər xilas edilmiş, 1179 nəfər təxliyə olunmuşdur.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!