Novxanıda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Day.Az представляет новость на азербайджанском языке

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, dekabrın 8-də saat 15 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakinləri Ramin Şirəliyevin idarə etdiyi "Azsamand" və Arif Nəbiyevin idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə R.Şirəliyevin sərnişini, Göyçay rayon sakini Saab Məmmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.