Gürcüstanda mer əlil azərbaycanlı gəncin arzusunu yerinə yetirib

Day.Az представляет новость на азербайджанском языке

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun meri David Şerazadişvili rayonun Naxiduri kəndinin 18 yaşlı fiziki məhdudiyyətli sakini Leyla İsmayılovanın arzusunu yerinə yetirib.

Day.Az "report"-a istinadən bildirir ki, bu barədə Bolnisi rayon bələdiyyəsi məlumat yayıb.

L.İsmayılova bir neçə ay öncə kənddə sosial təminatsız və məhdud fiziki imkanlı qadınlarla bağlı keçirilmiş görüşdə şəxsi kompüterinin olmasını arzu etdiyini bildirib. O, noutbukun onun cəmiyyətə inteqrasiyasına və daha fəal olmasına kömək edəcəyini deyib.

D.Şerazadişvili bu gün L.İsmayılovanın yaşadığı evə baş çəkib və gəncə noutbuk hədiyyə edib.

Bolnisi rayon bələdiyyəsi L.İsmayılovanın ailəsinin vəziyyətini daim diqqət mərkəzində saxladığını qeyd edib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.