Qatar 28 yaşlı gənci vuraraq öldürüb

Day.Az представляет новость на азербайджанском языке

Astarada qatar yerli sakini vuraraq öldürüb.

Day.Az "report"-a istinadən bildirir ki, hadisə Qamışovka kəndində baş verib.

1990-cı il təvəllüdlü, Balaca Şahağacı kənd sakini Qəhrəmanov Tahir İbrahimağa oğlunu qatar vurub. T.Qəhrəmanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.