"Maşın Şou"-nun iştirakçılarının TAM SİYAHISI

Day.Az представляет новость на азербайджанском языке

"Maşın Şou"-nun iştirakçılarının adları Press.az-a bəlli olub.

Ölkənin ən baxımlı realiti şousu olan "Maşın Şou" bu gün, 13 dekabr saat 22:00-dan etibarən ATV kanalında yayıma başlayacaq.

Yayımdan əvvəl hər dəfə olduğu kimi bütün medianın gözünün üstündə olduğu verilişdəki iştirakçıların adlarını Press.az öyrənə bilib.

Belə ki, yarışmada Xose Bernardo, Mina Hüseyn, Mənsur Şərif, Dilarə Kazımova, Allahverdi Yolçuyev,  Xəyalə Quliyeva, Ramil Nabran, Nazilə Səfərli, Ranar Musayev, Oqtay Kamil, Sərxan Kərəmoğlu, Samir Cavadzadə, Taleh Yüzbəyov, Səmra Rəhimli, Rühəngiz Allahverdiyeva, Nərgiz Əliyeva, Aydan Axundzadə və Aysel Nazim iştirak edəcək.

Tanınmış simaların maşın uğrundakı yarışmasında, bəzən bütünlüklə zahirən əla görünən simaların daxilindəki sima izləyicilərə bəlli olur. Kimlərinsə öz sevənlərini artırdığı bu şouda kimlərsə sevənlərindən məhrum olur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.