Türkiyənin bu şəhəri suyun altında qala bilər

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Diyarbəkir vilayətinin Eğil rayonunda yerləşən "Kral qızı" su anbarının ötürücü qapaqlarından biri leysan səbəbindən sıradan çıxıb.

Day.Az axar.az-a istinadən bildirir ki, jandarm və fövqəladə hallar idarəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Daşqın təhlükəsinə qarşı önləyici tədbirlər görülür.

Qeyd edək ki, "Kral qızı" su anbarı Dəclə çayının üzərində yerləşir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.