"Qalib gəlsək də, sanki uduzmuşuq, məğlub əhval-ruhiyyəsi var" - "Zirə"nin baş məşqçisi

Day.Az представляет новость на азербайджанском языке

"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra mətbuat konfarnsı keçirib.

Day.Az "Report"a istinadən bildirir ki,  gənc mütəxəssis əvvəlcə görüş barədə danışıb...

- İndi bizim üçün ən vacib olan şey sakitləşməkdir. Çünki qalib gəlsək də, paltardəyişmə otağında təəssüf var. Sanki uduzmuşuq, məğlub əhval-ruhiyyəsi var. Düşdüyümüz təzyiqdən çıxa, qol imkanlarını, penaltini dəyərləndirə bilmirik. İkinci matça ciddi hazılaşmalıyıq. İndi vəziyyətimiz ürəkaçan deyil. Yaxşı dincəlib çempionata hazırlaşmalıyıq. Əfsuslar olsun ki, çox xal yığa bilməmişik. Ancaq əlimizi yana salmırıq. Səfərdəki cavab matçında bizi daha çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq.

Penaltini niyə Mirsahib Abbasov vurdu: Məgər ştatlı penalti vuran futbolçunuz odur?

- Futbolda ştatlı penalti vuran deyə bir şey yoxdur. Bizdə 11 metrlik cərimə zərbəsini Pərdis Fərcad-Azad vurur. Ancaq o, həmin anda ehtiyatda idi. Mirsahib topu çox inamlı şəkildə götürərək zərbəni vurmaq istədi. Bu, futbolçu üçün yaxşı haldır. Lakin kim təminat verə bilər ki, digər futbolçu penaltini dəqiq vura biləcəkdi?

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.