"Makedoniyalı futbolçu çox ciddi cəzalandırılacaq"

Day.Az представляет новость на азербайджанском языке

"Əvvəldən bilinirdi ki, hər iki komanda gərgin mübarizə aparacaq. Fikrimcə, eyni səviyyədəyik. Hərçənd, turnir cədvəlində fərqli yerlərdəyik. Maraqlı matçın şahidi olduq".

Day.Az "Report"a istinadən bildirir ki, bunu "Səbailin baş məşqçisi Aftandil Hacıyevsəfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Cavab görüşündən nə gözləyirsiniz...

- Oyunun böyük hissəsini azlıqda keçirsək də, yaxşı mübarizə apardıq. Hətta 10 nəfərlə 2-3 qol imkanımız oldu. Qapıçımız Emil Balayevin penalti qurtarışı bizə ümid verir ki, ikinci oyunda daha gərgin mübarizə olacaq və mərhələ keçmək şanslarımız qalır. Futbolçularımın fiziki hazırlığından çox razıyam. Ancaq nizam-intizamı pozduqlarına, yersiz vərəqələr aldıqlarına görə bəzi futbolçuları cərimələyəcəyik. Eyni futbolçuların hər dəfə vərəqə alması bizi narahat edir. Gərək bu cür hallar daha olmasın.

Belə başa düşdüm ki, mövsümdə 2-ci dəfə qırmızı vərəqə alan makidoniyalı legioneriniz Tome Kitanosvki ağır cəzalanacaq...

- Çox ciddi cəza olacaq. Həm qırmızı vərəqənin cəriməsi olacaq, həm də əlavə. Kitanosvki artıq ayılmalıdır. Onun bu qədər vərəqə alması təsadüf ola bilməz.

Ölkə mətbuatında qış fasiləsində postunuzdan gedəcəyinizlə bağlı xəbər yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu haqda heç bir şey deyə bilmərəm. Kimsə yazıbsa, bilmirəm hardan yazıb bu məlumatı. Burdayam, işimi davam etdirirəm. Bundan sonra nə baş verəcəksə, onu zaman göstərəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.