Erməni aşiqi Kılıcdaroğlu, sizin neçə üzünüz var?

Day.Az представляет новость на азербайджанском языке

- Kamal bəy, AŞPA-da təmsil olunmuş üzvləriniz Azərbaycanın əleyhinə yönələn, Ermənistanın və xarici ölkələrdəki erməni diaspor təşkilatlarının birbaşa müdaxiləsi ilə hazırlanmış qətnaməni niyə dəstəkləyir?

- Ola bilməz, can Azərbaycanın əleyhinə səs verməzlər.

- Amma olub. Bunu ermənilər bayram edir, "CHP bizi dəstəklədi" deyirlər.

- Araşdıraram. Cavabını mütləq sizə deyərəm.

.... 2017-ci ilin oktyabrı, Fransanın Strasburq şəhəri, AŞPA binasının girişi qarşısında Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu suallımı faktiki olaraq, cavabsız qoydu.

Cavabı hələ də gözləyirəm. 2018-ci il başa çatmaqdadır, CHP rəhbərliyinə o "müşkül sual"ı dəfələtlə xatırlatdım, fəqət cavab yox.

Özünü "Türkiyədə demokraratiya fədaisi" kimi təqdim edən, MDB məkanındakı türkdilli dövlətlərə "inkişaf yolu" göstərərək "reseptlər" istehsal edən Kamal Kılıcdaroğlu susur.

Çünki cavab Kılıcdaroğlu və onun rəhbərlik etdiyi CHP üçün imic itkisidir.

CHP-nin müxtəlif səviyyəli mənsubları, tanınmış funksionerləri və Türkiyədə populyar sayılan təbliğatçılarının ermənilərlə sıx əlaqələri barədə dəfələrlə deyilib. Bu, sirr deyil. Daha doğrusu, "Polişinel sirri"dir ki, Türkiyə siyasətinə bələd olanlar, siyasətçiləri tanıyanlar və oradakı siyasi proseslərə az-çox vaqif olanlar bilirlər.

Kamal Kılıcdaroğluna gəldikdə isə, onunla Ermənistandakı "solçu" partiya liderləri və ələlxüsus da Avropa ölkələrindəki erməni diaspor təşkilatlarının rəhbərləri arasındakı təmasları CHP nə qədər inkar etsə də, faktları pərdələmək mümkün deyil.

CHP sədri ermənilərə rəğbətini pərdələmək niyyətində də deyil.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı, hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasını (AKP) sərt tənqid etmək adı ilə yerli və milli duyğularının olmamasını dəfələrlə nümayiş etdirən, Türkiyə ilə türk ulusunun düşmənləri təki ad çıxarmış adamlarla görüşməyi "növbəti uğurlu siyasi gediş" sayan Kamal Kılıcdaroğlu bu dəfə artıq epataj təki dəyərləndirilə biləcək addım atmayıb.

O, sosial şəbəkələrdəki, xüsusilə də Twitter-dəki akkauntlarında türk düşmənçiliiyini təbliğ edən, ASALA və FETÖ kimi terror təşlkilatlarını dəstəkləyən, aşkar terror təbliğatı aparan erməni Natali Ayvazyanla görüşüb.

Bu günlərdə Almaniyaya səfər edən K.Kılıcdarloğlu Türkiyədə yaşanan, xaricdə hazırlanmış ssenari üzrə gerçəkləşdirildiyi və idarə olunduğu danılmaz faktlarla sübut edilmiş "Gəzi olayları"nın "müəllif"lərindən olan Soros Fondunun strukturu olan Friedrich Ebert Fondunda çeşidli görüşlər keçirib, müzakirələr aparıb.

Həmin görüşlər arasında PKK və bu terror təşkilatının Suriyadakı törəməsi YPG-nin ən aktiv təbliğatçıları arasında yer alan Sevim Taşdelen və Helin Evrim Sommerlə təmaslar da vardı.

K.Kılıcdaroğlu həmin görüşdə PKK terrorunu pislədi, yaxud YPG terrorçularının Suriyada dinc əhaliyə divan tutmasına maneələr yaratmağın yollarını aradı?

Əsla. CHP sədri Türkiyədəki seçkilərdə PKK və YPG tərəfdarlarının CHP-yə səs vermələrini istədi. Daha konkret olsaq, K.Kılıcdaroğlu gələn ilin martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində PKK-nın gizli tərəfdarlarının CHP-ni dəstəkləmələrini təvəqqe edib.

Bu da azmış kimi K.Kılıcdaroğlu həmin həxslərin vasitəçiliyi ilə birbaşa PKK rəhbərliyi ilə əlaqələr qurub.

Almaniyadakı görüşlərlə müzakirələrdən sonra Türkiyəyə qayıdan CHP sədri "aktiv"liyni səngitməyib və bu ara ermənilərin ASALA terror təşkilatının ən fəal təbliağçıları ilə bir araya gəlib.

1980-ci illərdə Türkiyə vətəndaşlarına qarşı bir sıra məşum terror aktları törədən, türk diplomatları ilə siyasətdən çox uzaq insanları amansızcasına qətlə yetirən ASALA-nı indi az qala "erməni qəhrəmanlarının təşkilatı" kimi qələmə verən Natali Ayvazyanla CHP sədrinin görüşündə bəlkə Türkiyənin üzləşdiyi problemlər müzakirə olunub?!

Əslən Malatyadan olan erməni Natali Ayvazyan Twitter-dəki akkauntunda Türkiyə ilə bağlı arxiv fotoları paylaşması ilə tanınır. Onu türk mediası "populyar yerli erməni bloqer" təki təqdim edir.

Halbuki N.Ayvazyanın "arxiv fotolara tutqusu" sadəcə, "Böyük Ermənistan" idefiksinin təbliğatını pərdələyən mimikriyadır. Belə ki, o, akkauntunda daim erməni terrorçularını dəstəkləyir, PKK və YPG-ni də nutumur.

Məsələn, 1982-ci ildə Ankaradakı Esenboğa hava limanında terror hücumu gerçəkləşqdirən, 9 nəfərin ölümünə, 72 nəfərin yaralanmasın səbəb olmuş ASALA terrorçusu Levon Ekmekçyanı bu "bloqer" böyük şəstlə "erməni inqilabçı" kimi təqdim edir: "29 yanvar 1983-cü il. Erməni inqilabçı Levon Ekmekçyan çevriliş etmiş şəxslər tərəfindən qətlə yetirildi".

Üstəlik, N.Ayvazyan Türkiyəyə və türk ulusuna dərin, zooloji nifrəti ilə ad çıxarmış Barbaros Şansala yaxın münasibətlərdədir. Bu səbəbdən də erməni "bloqer" mütəmadi olaraq Fətullah Gülənin şəninə təriflər deyir, FETÖ-nu dəstəkləyir.

Natali Ayvazyan isə son vaxtlar ampluasını bir qədər dəyişərək "Türkiyə tarixində və mədəniyyətində ermənilərin əvəzolunmaz, misilsiz rolu" mövzusunda fotolar paylaşır. Son 5 gündə onun Twitter-dəki akkauntunda paylaşdığı fotoların tam əksəriyyəti Eskişehirin "erməni irsi"nə həsr olunub.

Türkiyənin ana müxalifət partiyasının sədri erməni terrorunu dəstəkləyənlərlə, PKK və YPG terror təşkilatının təbliğatçıları ilə görüşlər keçirib onlardan dəstək istəyirsə, seçkilərdə onların tərəfdarlarının yardımlarına bel bağladığını söyləyirsə, Kamal Kılıcdaroğlunun bundan sonra hansı türk düşməni ilə görüşəcəyi, gülümsəyərək fotolar çəkdirəcəyi maraq doğurur.

O da maraqlıdır ki, əcəba, K.Kılıcdaroğlu özünün və rəhbərlik etdiyi partiyanın Azərbaycanla bağlı absurd, laubəli mövqeləri ilə bağlı hansı açıqlamalar verəcək, necə bəraət qazanmağa çalışacaq.

Axı CHP sədri sürəkli olaraq "can Azərbaycan" deyir, guya partiyasının Azərbaycanın mövqelərini və maraqlarını dəstəklədiyini vurğulayır.

Çoxsaylı üzlərinin ikisinin bəlirləndiyi Kamal Kılıcdaroğlunun gerçəkdə neçə üzü var?!

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.