Quba-Xaçmaz yolunda ağır qəza: ölənlərdən ikisi xalaoğludur - YENİLƏNİB - VİDEO - FOTO

10 января 2019 13:03

Day.Az представляет новость на азербайджанском языке

---------
13:03

Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində baş vermiş qəzada ölənlərin ikisinin kimliyi məlum olub.

Day.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu dünyasını dəyişib. Onların xalaoğlu olduqları bildirilib.

Yaralı Ramin Əlfəddin oğlu Seydəhmədovun vəziyyəti ağırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

----------
11:01

Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində qəza baş verib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 40 BS 143 nömrəli "VAZ 21010" markalı avtomobil 40 BL 944 "Ford" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Qubada dəhşətli qəza: ölənlər var

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!