İnternet dükanlar belə fırıldaqlar edirlər

Day.Az представляет новость на азербайджанском языке

Onlayn alış-verişin miqyası qlobal səviyyədə artır və bu artımda Azərnbaycan da var.

Fəqət, internet dükanların heç də hamısı alıcıların maraqlarını düşünmür. Onlar mal və məhsullarını mümkün qədər çox, özü də tez satmaq istəyirlər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, belədə aldanan alıcıların sayı sürətlə artır. Səbəbsə internet dükanlarda, onlayn riteylerlərin saytlarda təqdimatlarda istifadə etdikləri görüntülərdəki məhsullarla real durum arasındakı fərqdir.

Məşhur britaniyalı stilist Lukas Ermitecin dediyinə görə, şirkətlər mallarını tez satmaq üçün saytlarında məhsulların cazibədar, maraqlı fotolarını yerləşdirirlər.

PrettyLittleThing, Boohoo və H&M kimi nəhəng riteylerlər həmin fotoların çəkilişi zamanı xüsusi işıqlandırmadan, hətta dərzilərin xidmətindən istifadə edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.