Qripin yeni çarəsi - Cinsi əlaqə

11 января 2019 00:27

Day.Az представляет новость на азербайджанском языке

Cinsi əlaqənin faydaları saymaqla bitmir.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, cinsi əlaqənin daha bir faydası açıqlanıb.

İstanbul Yeni Yüzyıl Universitinin psixologiya ixtisasından məzun olan, hazırda cinsi terapist kimi fəaliyyət göstərən Kenan Erenin dediyinə görə, cinsi əlaqədə olmaq insanı xəstəliklərdən qoruyur.

"Seks zamanı, sadəcə, dərilər bir-birinə toxunmalı deyil, ruhlar da qovuşmalıdır. Əks təqdirdə cinsi əlaqənin yorucu gimnastikadan fərqi olmur. İntim münasibət zamanı bədəndə xoşbəxtlik hormonları ifraz olunur. Bu da insanı xəstəliklərdən, viruslardan qoruyur, infartkt riskini azaldır".

Terapist bildirib ki, cinsi əlaqə zamanı bədəndə yaranan immunoglobulin qripə yoluxmanın qarşısını alır, virusları təmizləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!