Murata bir gündə iki ölüm xəbəri

Day.Az представляет новость на азербайджанском языке

Murat Dalkılıç ötən gün iki pis xəbər alıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, sənətçi əmisini itirib. Daha sonra isə o, keçmiş sevgilisi Hande Erçelin anasının vəfat etdiyini öyrənib.

Əmisinin ölüm xəbərini eşidən Dalkılıç İzmirə yollanıb. Erçelin pis halda olduğunu eşidən müğənni ilk təyyarə ilə İstanbula qayıdıb.

 

Dalkılıç hazırda Erçelin evində qalaraq, ona dəstək olur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.