Day.Az представляет новость на азербайджанском языке

Məşhur türkiyəli aktyor Burak Özçivit "Sevgililər günü"ndə 80 qadınla birlikdə yemək yeyəcəyini söyləyib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün qatıldığı mükafatlandırma mərasimində ilin ən yaxşı film kişi aktyoru seçilən Özçivit jurnalistlərin suallarını cavablandırıb. 6 aylıq hamilə olan həyat yoldaşı Fahriye Evcenlə uşaqlarının doğulmasını səbirsizliklə gözlədiklərini deyən aktyor həyəcanlı olduğunu da gizlətməyib: "İkimiz də çox həyəcanlıyıq. Bu müddət ərzində Fahriyenin istədiyi hər şeyi etməyə çalışıram". 

Daha sonra "Sevgililər günü"ndə Küveytdə olacağını bildirən B. Özçivit bir layihə əsasında 80 qadınla yemək yeyəcəyini bildirib: 

 

"Fahriye o gün mənimlə olmayacaq, tək gedəcəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!