Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı

12 января 2019 18:13

Day.Az представляет новость на азербайджанском языке

Binəqədi rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB, Gəncə şəhər BPİ, Tovuz RPŞ və Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Binəqədi rayonu ərazisindən "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Fərman Abdullayev saxlanılıb.

Araşdırmalarla F.Abdullayevin qeyd edilən avtomobilin üzərinə özünə məxsus eyni markalı avtomobilin dövlət qeydiyyat nişanlarını bağlayıb satmaq məqsədi ilə Gəncə şəhərinin ərazisində tanışı, şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyevə verməsi, habelə dövlət qeydiyyat nişanlarını isə Kürdəmir rayonunun ərazisində tullaması, sonuncunun isə həmin avtomobili Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş İsa Əliyevə satması müəyyən edilib.

 

E.Quliyev Qusar rayonunun ərazisində, İ.Əliyev isə Tovuz rayonunun ərazisində saxlanılıb, qaçırılmış "VAZ-2106" markalı avtomobil isə sonuncunun yaşadığı evin həyətində sökülüb, ban və şassi nömrələri silinmiş vəziyyətdə tapılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!