"Qarabağ"ın oyunu ləğv olundu

12 января 2019 19:28

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın bu gün Rumıniyanın "Botoşani"  klubu ilə nəzərdə tutulan oyunu ləğv olunub.

Day.Az qol.az-a istinadən xəbər verir ki, buna Antalyada bir neçə gündür davam edən güclü yağış səbəb olub. Məlumatı "Qarabağ"ın rəsmi saytı yayıb.

Qeyd edək ki, "Qarabağ" yanvarın 16-da Özbəkistanın "Paxtakor", 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!