Qar Avropanın bəzi regionlarını dayanma nöqtəsinə çatdırıb

Day.Az представляет новость на азербайджанском языке

Güclü qar cümə günü Almaniyada və İsveçdə xaos yaradıb; yollar bağlanıb, qatarların hərəkəti dayanıb və məktəblər bağlanıb.

Qızıl Xaç cəmiyyəti Almaniyanın cənubundakı Bavariya əyalətində yolda köməksiz qalan sürücülərə kömək edib və ağac aşmasından doqquz yaşındakı bir uşaq ölüb.

İsveçrədə bir otelin ön hissəsinə qar uçqunu düşüb. Qar fırtınası İsveç və Norveçi də iflic edib.

Avstryalı xilasedicilər snoubordçunu xilas etmək üçün sinələri hündürlüyündə qarı qazmalı olublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.