Eyni kişini paylaşan ƏKİZLƏR: "Birlikdə yatırıq, amma..."

Day.Az представляет новость на азербайджанском языке

Avstraliyada yaşayan Anna və Lusi De Cinque adlı əkiz bacılar eyni şəxslə evlənməyə qərar veriblər.

Day.Az xəbər verir ki, özlərini "dünyanın ən çox bir-birinə bənzəyən əkizi" adlandıran 33 yaşlı bacılar 6 ildir Ben adlı eyni kişi ilə görüşürlər.

Onlar artıq evlənməyə hazır olduqlarını bildirsələr də, ölkənin evlilik qanunları çoxarvadlılığa icazə vermir.

Avstraliya televiziyasına müsahibə verən əkizlər onların evliliyinə icazə verilməsini istəyir: "Biz eyni partnyoru paylaşırıq və bir gün onunla evlənmək istəyirik. Amma Avstraliyada qanunlar buna "yox" deyir. Bəs biz nə edəcəyik? Ben bizə bərabər münasibət göstərir. Birimizi öpürsə, dərhal digərimizi də öpür. Çöldə ikimizin də əlini tutur. Biz onunla birlikdə yatırıq. Amma birlikdə cinsi əlaqəyə girmirik. Çox insan münasibətlərimizin iyrənc olduğunu deyir, amma bu, bizim işimizə yarayır".

Qeyd edək ki, Avstraliyada bir neçə nəfərin bir-birilə evlənməsi 1961-ci ildə qəbul edilən evlilik qanunlarına görə qadağan olunub. (publika.az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.