Day.Az представляет новость на азербайджанском языке

Amerikalı model və fitnes təlimatçısı Temmi Hembrou İnstagram vasitəsilə məşhurlaşıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, 24 yaşlı Temmi indi milyonlarla dollarlıq varidatın sahibəsi, fitnes imperiyasını qurmağa çalışan iş xanımıdır.

Onun dediyinə görə, İnstagram-da uğurunun sirri sağlam rasion və sürəkli fitnes məşqləri sayəsində nail olduğu vücuddur.

"Bu vücud zəhmətin nəticəsidir. Sirrimsə çox sadədir: məqsədə doğru inadla, amma aramla getmək lazımdır. İradəli və qətiyyətli olmaq gərəkdir", - iki övlad anası Hembrou deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!