Sabirabadda yol qəzası: 1 nəfər xəsarət aldı

13 января 2019 10:34

Day.Az представляет новость на азербайджанском языке

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1981-ci il təvəllüdlü Qaratəpə kənd sakini Məhərrəmov Elmir Oqtay oğlu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!