Day.Az представляет новость на азербайджанском языке

ATV-də yayımlanan "Dəb mənəm" verilişində maraqlı anlar yaşanıb. 

Day.Az azxeber.com-a istinadən xəbər verir ki, şənbə günləri ATV kanalında yayımlanan dəb proqramının Vüsalə adlı iştirakçısı verilişə qara pencək və üzəri incilərlə bəzədilmiş "kolqotka"da çıxıb.

Hüquq fakültəsi üzrə təhsil aldığını deyən iştirakçı ən böyük arzusunun aktrisa olmaq olduğunu qeyd edib. Digər iştirakçılar onun geyimini tənqid edərək "Sənə ətək və ya şalvar almaq istədim" , - deyə irad bildirib.

Stilist və vizajist Elnur Həsənov Vüsaləni tənqid edib: "Bir xanım, özü də artıq çəkili biri verilişə bu geyimdə çıxıb gələ bilməz. Bu geyim tərzi müğənni və səhnə üçündür".

Həmin görüntüləri təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!