Day.Az представляет новость на азербайджанском языке

Day.Az axsam.az-a istinadla xəbər verir ki, müğənni Natavan Həbibi və reper həyat yoldaşı Səid Əliyev (Dado) "X maqazin" kamerası qarşısına keçib. 
Sənətçi ilk dəfə hamiləliyindən danışıb. O, hamiləliyini gizlədir deyənlərə cavab verib:

"Bir ildir bir yerdəyik. Heç kim bilmirdi. Şəkil paylaşıb, ad gününü təbrik edəndə, hamı elə bildi barışdıq. Yox, biz ayrılandan iki həftə sonra barışdıq. 

Bizim öz ailəmiz var, niyə uşaq xəbərin gizlədim? Öz halal ailəmdir. Sadəcə, səhhətimlə bağlı danışmırıq. 4 aydır evdəyəm. Öz sağlamlığım üçün efirlərə getmirəm, anam da qoymur. Səid oğlan, mən qız istəyirəm.
Heç nə yeyə bilmirəm, amma hər şey istəyirəm. Səid bütün günü ordan-burdan nələrsə tapıb gətirir". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!