Türkiyə Trampın təhdidinə cavab verdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ölkəsinin Suriya kürdlərinə hücum edəcəyi təqdirdə ABŞ-ın iqtisadi tədbirlər görəcəyinə dair hədəsinə cavab olaraq bildirib ki, Türkiyə kürdlərlə deyil, terrorçularla mübarizə aparır.

Day.Az oxu.az-a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ankaranın suriyalı kürdlərə hücum edəcəyi təqdirdə Türkiyəni iqtisadi tədbirlər görməklə hədələyib.

"Suriyalı kürdləri ABŞ-ın terrorçu təşkilatlar siyahısında adı hallanan Kürdüstan Fəhlə Partiyasına (PKK) və onun Suriya filialı olan YPG-yə (kürd özünümüdafiə qüvvələri) aid etmək böyük səhvdir. Türkiyə kürdlərlə deyil, terrorçularla mübarizə aparır. Biz kürdləri və digər suriyalıları bütün terror təhlükəsindən qoruyacağıq.

Türkiyə ABŞ-ın bizim strateji əməkdaşlığımıza hörmətlə yanaşacağına ümid edir və terrorçu təbliğatın bu əməkdaşlığa təsir etməyəcəyini arzu edir", - Kalın "Twitter"də yazıb.  

O əlavə edib ki, İŞİD, PKK və YPG arasında heç bir fərq yoxdur.

"Biz onların hamısına qarşı mübarizə aparacağıq", - deyə Türkiyə prezidentinin təmsilçisi qeyd edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.