"Əsas məsələ hər şəraitdə insan qalmağı bacarmaqdır"

Day.Az представляет новость на азербайджанском языке

Metbuat.az da "1 daşla 9 quş" layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızıdır.

- Niyə varsan?

- Çünki yaradılmışam, yaşamaq şansı verilən insanlardan olduğum üçün xoşbəxtəm.
 

- Niyə yox olacaqsan?

- Həyatın qanunu belədir - bir gün var olan, bir gün yox olmalıdır...
 

- Niyə yazırsan?

- Yazmaqdan daha çox danışıram doğrusu. Yazmaqsa düşüncələrimin kağız üzərində əksidi, ancaq nadir hallarda yazıram.

- Yaşamaq nədir?

- Yaşamaq çox gözəldir - bütün gözəl duyğuları dadmaq imkanı...

- Ölüm nədir?

- Reallıqdır - Yer üzərindəki misiyamızın və zamanımızın sonu.
 

- Ədalət nədir?

- Ən mükəmməl ədalət insanın öz vicdanıdır. 
 

- Azadlıq nədir?

- Mənə görə, azadlıq məsuliyyətdir, özbaşınalıq deyil.
 

- Yaradıcılıq nədir?

- İnsanın özünüifadə forması.

- İnsan kimdir?

- Yaradılmışların ən alisi və gözəli, əsas məsələ hər şəraitdə insan qalmağı bacarmaqdır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.