Bakı metrosunda problem: qatar boşaldıldı

14 января 2019 14:30

Day.Az представляет новость на азербайджанском языке

Bakı metrosunda qatarda problem yaranıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropolteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hadisə bu gün saat 13:50 radələrində "Bakı Metropolteni"nin "Sahil" stansiyasında baş verib.

Belə ki, "Həzi Aslanov"-"İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranlb. Nəticədə sərnişinlər stansiyada boşaldılıb və qatar Depoya göndərilib. Həmin qatarın yerinə yeni qatar verilib və problem aradan qaldırılıb".

B.Məmmədov bildirib ki, qatarların intervalında problem yaranmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!