MTRŞ Elçin Əlibəylini tənqid etdi - VİDEO

14 января 2019 14:31

Day.Az представляет новость на азербайджанском языке

Milli Televiziya və Radio Şurası (MTRŞ) Space TV-də yayımlanan "El sizin, sirr bizim" proqramını tənqid edib. 

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şuranın yaydığı açıqlamada aparıcı Elçin Əlibəylinin ifaçı Maral Tahirqızını aşağılaması pislənilib: 

"İl ərzində teleradio məkanında müşahidə olunan mənfi tendensiyalardan biri sosial şəbəkələrdə populyarlaşmış bu və ya digər neqativ fenomenin kütləvi yayıma çıxarılaraq ictimai rəyə yeridilməsi hallarıdır. Yayımçılar tərəfindən psixi durumu, tərbiyəsi yerində olmayan ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə populyarlığını nəzərə alaraq efirə çıxararaq onun vasitəsilə reytinq əldə edilməsinə çalışıb.

Məsələn, belə hallardan biri cari ilin may ayında (05.05.2018-ci ildə) Space TV-də yayımlanan "El sizin, sirr bizim" verilişində baş verib. Belə ki, verilişdə aparıcı Elçin Əlibəyli tərəfindən saxta sənətkar nümunəsi qismində cəmiyyətdə qeyri-ciddi müğənni kimi tanınan Maral Tahirqızı adlı xanım iştirakçı təhqir edilib. Bu hal internet media və sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
MTRŞ Elçin Əlibəylini tənqid etdi

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!