Bu erməni yarım milyon yəhudi öldürüb

Day.Az представляет новость на азербайджанском языке

Feysbuk dostlarımdan biri belə bir paylaşım edib: Salosyan soyadlı erməni üç il ərzində yarım milyon yəhudi qətlə yetirib. O, səhər yuxudan oyanandan gecə yatana qədər insan qətl edirdi. Bu tarixi fakt dünya ictimaiyyətindən gizlədilir.

Day.Az xəbər verir ki, Axar.az faktı araşdırmaq üçün Moskvada yaşayan həmyerlimiz, əməkdar elm xadimi, alim Kamran Rüstəmova müraciət edib.

Onun sözlərinə görə, Nasist Almaniyasının tarixində həqiqətən Salosyan soyadlı SS zabitinə rast gəlinir:

"Budapeşt məhkəməsinin sənədləri və materialları var ki, İkinci Dünya müharibəsi dövründə nasist rejiminin təyin etdiyi SS zabiti erməni F.Slosyan (Salaşi) təxminən yarım milyon Macarıstan yəhudisini öldürüb".

Açıq mənbələrdən referans: Erməni nasist qoşunları Almaniya ordusunun ayağının olduğu hər yerdə yəhudi əhalisinin məhv edilməsində fəal iştirak edib. Dünya Müharibəsinin əvvəllərində Almaniya Reyxinin xidmətində 27 min erməni əsgəri dururdu. Onlardan üç mini SS və "Abver" kəşfiyyat xidmətində fəaliyyət göstərirdi.

Dro və Njdenin erməni nasist legionları yaradılmışdı və onlarla birlikdə Avropada, Amerikada məlumat toplayan iki böyük kəşfiyyat mərkəzi, həmçinin nasist Almaniyasının işğal etdiyi ölkələrdə yəhudi əhalinin məhv edilməsi ilə məşğul olan və cəbhə xətlərində fəaliyyət göstərən qruplar da var idi.

Rüstəmovun sözlərinə görə, bu barədə bir sıra elmi tədqiqatçılar yazıb. Məsələn, avstriyalı tədqiqatçı E.Fayql qeyd edib: "Faşistlərin tərəfindəki erməni cəza diviziyaları, əlbəttə ki, yəhudiləri məhv etmək məqsədi daşıyırdı".

 

Bir başqa tədqiqatçı S.Uimmsin fikrincə, Üçüncü Reyxin insanlığa qarşı cinayətlərinin həyata keçirilməsində ermənilərin (əsasən, peşəkar qətllər, aldadıcılar, cinayətkarlar) 100-dən çox nümayəndəsi iştirak edirdi.

Qeyd etmək lazımdır ki, açıq mənbələrdə yəhudiləri məhv edən başqa bir erməni haqqında da məlumatlar var. Bu, erməni nasist general Drastamat Kanayan və ya Daşnak Drodur.

Bu barədə Vikipediyada yazılıb:

"II Dünya müharibəsi zamanı Kanayan Qaregin Njde ilə birlikdə faşistlərin tərəfində döyüşür və erməni hərbi birləşmələrinin təşkilində fəal iştirak edir. O, kəşfiyyat və diversiya məqsədləri üçün ermənilərdən ibarət və fəaliyyəti Simferopolda yerləşən "Dromedar" təşkilatı tərəfindən koordinasiya edilən qruplar yaradır, bu təşkilata rəhbərliyi bilavasitə həyata keçirir. 1945-ci ildə amerikalılar tərəfindən həbs olunur, 1956-cı il 8 mart tarixində ölür. ABŞ-da, Bostonda basdırılır".

Təsəvvür edin ki, 2000-ci ilin may ayının sonunda dövlət səviyyəsində yüzlərlə günahsız insanı qətlə yetirən bu faşistin qalıqları Ermənistana gətirilib və müharibə qəhrəmanlarının yanında dəfn olunub.

Njdeyə hətta Ermənistanda abidə də qoyulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.