Şəhər meri nəvəsi yaşında qadınla evləndi - FOTO

14 января 2019 16:03

Day.Az представляет новость на азербайджанском языке

İngiltərənin Kembricşir qraflığındakı Fenland bölgəsində yerləşən Març şəhərinin meri Kit Ouens Filippindən olan miqrant Ayza Bonusla evlənib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Filippinin Tarlak şəhərinin sakini Ayza Bonus turist vizası alaraq Britaniyaya yollanmışdı.

Març şəhərinin meri postunda artıq 5-ci səlahiyyət müddətində çalışan 73 yaşlı Kit Ouen 31 yaşlı Ayza ilə Facebook-da tanış olmuşdu.

"İki il əvvəl İnternetdə tanış olduq. Sonra FaceTime və Whatsapp-da yazışdıq. Filippinə yollandım, Ayza ilə orada görüşdüm, onun ailə üzvləri və dostları ilə də tanış oldum. Bir-birimizi sevirdik və evlənməyə qərar verdik", - Kit Ouen söyləyib.

 

Kitlə Ayhanın toyu "Ye Olde Griffin Hotel"də olub.

Kitin xanımı Beverli Ouen 2008-ci ildə dünyasını dəyişib. Onun Layza və Conatan adlı iki övladı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!