Azərbaycanlı aktrisa əri ilə tanışlığı barədə: Evdə heç kim yox idi...

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Xuraman Əlizadə həyat yoldaşı ilə "Zaurla Günaydın"da qonaq olub.

Milli.Az xəbər verir ki, 3 il əvvəl ailə həyatı quran cütlük tanışlıqlarının necə baş verdiyini olduğu kimi efirdə danışıblar.

Aktrisa baş tutmayan serial çəkilişindən qayıdarkən özündən 6 yaş kiçik həyat yoldaşı ilə qarşılaşdığını bildirib:

 

"Getdim serial çəkilişinə. Dedilər ki, ləğv edilib çəkiliş, olmayacaq. Fikirləşdim ki, gedim xalamgilə. Onda evimizdə də heç kim yox idi. Xalamgilin məhləsinə gedəndə yolda mən öz maşınımla gəlirdim, o da öz maşını ilə. Yolda üz-üzə ikimiz də yamaya düşdük. Belə başladı".

Xatırladaq ki, cütlüyün bir övladı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Əri ilə