Ermənilər az qala azərbaycanlılara da konyak verəcəkdilər...

14 января 2019 17:22

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az xəbər verir ki, Milli Məclisin komitə sədrinin müavini, YAP İcra Katibliyinin şöbə müdiri Aydın Mirzəzadə ermənilərin "konyak diplomatiyası" ilə bağlı şahidi olduğu bir hadisəni açıqlayıb.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi: "Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi."

Bununla bağlı şahidi olduğum bir hadisəni söyləmək istəyirəm.

Təqribən 10-15 il əvvəl Gürcüstanın paytaxtı Tiflis şəhərində Cənubi Qafqaz ölkələrinin əhatə olunduğu beynəlxalq tədbirdə iştirak edirdim. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdilər.

İki günlük tədbirin sonunda Gürcüstan tərəfi iştirakçılar üçün ziyafət təşkil etdi. Ziyafətin sonuna yaxın Ermənistan nümayəndələri hər kəsə bir Ermənistan konyakı bağışlamağa başladılar.

Azərbaycan tərəfi onlardan hədiyyə almamaq üçün ziyafətin sonunu gözləmədən hotelə getdi..."

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!