Enerji içkiləri yenidən ucuzlaşdı - Aksiz vergisi təxirə salındı

Day.Az представляет новость на азербайджанском языке

Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra spirtli içkilərlə birgə enerji içkilərinin də qiymətləri artmışdı. Lakin yeni məlumata görə, aksiz vergisinin tətbiq edilməsi bir qədər təxirə salınıb.

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, "Hell Azərbaycan" şirkətinin marketinq direktoru Müşviq İsgəndərovun dediyinə görə, aksiz vergisinin tətbiq edilməsi bu ilin fevral ayının ortalarına qədər təxirə salındığı üçün onlar enerji içkilərini həmin müddətə qədər köhnə qiymətlə satacaqlar.

 

Yanvarın 1-dən 1 manatdan 2 manata qalxan "Hell" bu gün yenə əvvəlki qiymətinə, 1 manata satılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.