Hava kəskin dəyişir: temperatur 10 dərəcə enəcək, Bakıya ilk qar yağacaq
Day.Az представляет новость на азербайджанском языке
Yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinə səbəb Aralıq tsiklinin ölkə ərazisinə yaxınlaşmasıdır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, ötən günlə müqayisədə havanın temperaturu kəskin -10 dərəcə aşağı enəcək:
"Respublikanın rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Yanvarın 17-dən 18-ə keçən gecə rayonlarda yolların buz bağlama ehtimalı var. Eyni zamanda, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi gözlənilir və havanın temperaturu 0-2° isti olacaq".
U.Tağıyeva əlavə edib ki, dənizdə dalğanın hündürlüyü 8-10 metrə qədər qalxacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре