Proqnozdan sonrakı Bakı...

Day.Az представляет новость на азербайджанском языке

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava ilə bağlı məlum xəbərdarlığından sonra bu gün iş günü olmasına baxmayaraq, evdə qalmağa üstünlük verənlər daha çoxdur. 

Day.Az xəbər verir ki, qafqazinfo-nun fotoqrafı səhər saatlarından Bakının mərkəzi, Dənizkənarı Milli park, "Tarqovu" kimi tanınan Nizami küçəsində olub. 

Məlum olub ki, havanın temperaturunun 10 dərəcə aşağı düşəcəyi ilə bağlı proqnozdan sonra şəhərdəki əksər kafelər, köşklərin əməkdaşları işə çıxmayıblar. Bu səhər hər gün tələbələrlə dolu olan metro qatarları da boş olub, demək olar ki, yollarda heç bir tıxac müşahidə edilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.