https://news.day.az/azerinews/1083226.html Növbəti 2-3 gün ərzində hava necə olacaq? - Rəsmi açıqlama

Növbəti 2-3 gün ərzində hava necə olacaq? - Rəsmi açıqlama

Azərbaycanca, 18 января 2019 14:46 (UTC +04:00) 1 221
Növbəti 2-3 gün ərzində hava necə olacaq?

Day.Az представляет новость на азербайджанском языке

Yanvarın 18-i saat 14:00-a olan məlumata əsasən, ölkədə hökm sürən qeyri-sabit hava şəraiti artıq səngiyib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarmadasında küləyin sürəti 16-20 metrdən artıq deyil: "Açıq dənizdə dalğanın hündürlüyü 5-6 metr arasındadır. Külək axşam saatlarına qədər daha da səngiyəcək. Bu gün havanın temperaturu 5 dərəcəyə qədər artacaq".

Departament direktoru qeyd edib ki, növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək, sonrakı günlərdə daha artıq olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости