Zidanın yeni klubu açıqlandı

Day.Az представляет новость на азербайджанском языке

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanın yeni iş yeri müəyyənləşib.

Day.Az yenicag.az-a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis İtaliyanın "Yuventus" klubunu çalışdıracaq.

Bu iddia ilə "Don Balon" nəşri çıxış edib. Nəşrin yaydığı məlumata görə, keçid 2019-cu ilin yayında baş tutacaq. Tərəflər arasında artıq razılığın əldə olunduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.