Sabri Sarıoğluna daha bir zərbə - Əvvəl işi, indi də evliliyi bitir

Day.Az представляет новость на азербайджанском языке

Futbolçu Sabri Sarıoğlu bir il əvvəl açdığı eynək mağazasını bağlamağa məcbur qalıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun məkanın aylıq pulunu ödəyə bilməməsidir. 

İş həyatında problemlər yaşayan Sabrinin həyat yoldaşın Yağmur Sarıoğlundan da boşanacağı haqda iddialar yayılıb. 

Yağmurun bir müddət əvvəl qardaş və bacısı ilə birgə Amerikada ev axtarması isə diqqətlərdən qaçmayıb. Lakin cütlük bu barədə heç bir açıqlama verməyib.

 

Məlumata görə, onlar maddi problemlərə görə evliliyə son qoyur.

Qeyd edək ki, 8 il əvvəl ailə quran ikilinin Sarp və Sare adlı iki övladı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.