Azərbaycan -Rusiya münasibətləri kimləri narahat edir?

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan -Rusiya münasibətlərinin hazırkı səviyyəsi və əlaqələrin inkişaf dinamikasi, görünür bəzi dairələri ciddi narahat edir. Elə bu səbəbdəndir ki, Rusiyanın müəyyən qurumlarında təmsil olunan erməni mənşəli məmurlər və ermənipərəst şəxslər iki ölkənin münasibətlərinə xələl gətirmək üçün əllərindən gələni edir. Bəzi Rusiya vətəndaşlarının güya Azərbaycana buraxılmaması ilə bağlı açıqlama da məhzəlaqələrin korlanmasına hesablanmış cəhddən başqa bir şey deyil.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, əslinə bu cəhdlərəən tutarlı və adekvat cavab Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması idi. Açıqlamada bəyan olunurdu ki, Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir. Belə bir sual ortaya çıxır əlaqələrin mövcud inkişaf səviyyəsində könül bulandıran bu əsassız iddialar kimə və nəyə lazımdır?

Nəzərə almaq lazımdır ki, Azərbaycan və Rusiya münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsindədir və məhz bu zəmində daha da inkişaf edir. İki ölkə prezidentini qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan şəxsi münasibətləri isə əlaqələrin inkişafında mühüm rol oynayır. Regionun digər ölkəsi olan Ermənistan üçünsə bunu demək olmaz. Əksinə bu iki ölkə arasındakı münasibətlər məlum səbəblərdən korlanır. Mövcud vəziyyət isə Rusiyadakı ermənipərəst qüvvələri heç cür qane edə bilməz.

Azərbaycanla Rusiya münasibətlərində soyuqluq yaratmaq istəyən bu qüvvələr hər şeydən əvvəl bunun Rusiyanın öz maraqlarına zidd olduğunun fərqində olmalıdır. Çünki Azərbaycan Rusiyanın regiondakı əsas tərəfdaşıdır. Digər tərəfdənAzərbaycan Ermənistandan fərqli olaraq Rusiyadan qarşılıqsız təmənna güdmür. Əksinə mövcud yüksək səviyyəli münasibətlərdənhər iki tərəf böyük fayda götürür.

Bu cür əsassız iddialara digər bir cavab da təkcə 2018-ci ildəAzərbaycana 880 min Rusiya vətəndaşının gəlməsi və onların mütləq əksəriyyətinin ölkəmizdən xoş təssüratla ayrılmasıdır. Azərbaycanla Rusiya arasındakı yüksək səviyyəli münasibətlər qarşılıqlı maraqlar vəiki xalqın dosluğu əsasında qurulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.