Adi kişmişlə bu xəstəliklərdən qurtulun

Day.Az представляет новость на азербайджанском языке

Kişmişdən bəzi yeməklərin və şirniyyatların hazırlanmasında istifadə edilir. Bu quru meyvə dadlı olduğu qədər də faydalıdır.  

Milli.Az medicina.az-a istinadən bildirir ki, kişmiş vasitəsilə bir çox xəstəliklərdən yaxa qurtarmaq mümkündür.  

Belə ki, əllərdə olan oynaqlara duz yığılması zamanı kişmişdən hazırlanan içkidən istifadə etmək yaxşı nəticə verir. Onu hazırlamaq üçün 1 kq təbii balı 1 kq tumsuz kişmiş ilə qarışdırın. Hər səhər yeməyindən əvvəl bu qarışımdan 100 qr yemək lazımdır. Bu minvalla 20 gün davam etməlidir. 20 gün fasilə verildikdən sonra yenidən iyirmi gün eyni şəkildə qəbul edin. Müalicə kursunun müddəti 1 ildir.

Kişmiş suyu hipertoniklər üçün də faydalıdır. Bundan başqa bu dadlı içki boğaz iltihabını aradan qaldırır, öskürəyi sağaldır. Ağciyər problemləri olan xəstələr də bu içkidən istifadə etsələr, şəfa taparlar.

Bu quru meyvə həm də qızdırmanı aşağı salır. Hazırlamaq üçün 2 x/q ağ kişmişi 1 stəkan suda 5 dəqiqə qaynadın. Hər yeməkdən əvvəl qəbul edin.

Faydaları

Ağ kişmiş bağırsaqların peristaltikasını artırır. Bu quru meyvə qanda olan şəkər miqdarını azaldır.

Kişmişin üzüm sirkəsində hazırlanan məhlulu dalaq şişini və sarılığı aradan qaldırır. Hazırlamaq üçün bir miqdar kişmişi yarım stəkan üzüm sirkəsində 1 sutka saxlayın. Daha sonra isə parçanı bu məhlulda isladaraq dalağın üzərinə sərin. 20 dəqiqə saxladıqdan sonra götürün.

Furunkuldan (piy vəzinin iltihabı) azad olmaq üçün əzilmiş kişmişi heyvani yağla qarışdırıb iltihablı sahənin üzərinə qoymaq yaxşı təsir göstərir. Bu maz ilə ətə batan dırnağı da sağaltmaq mümkündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz