İmmuniteti möhkəmləndirən ən yaxşı məhsullar bunlardır

Day.Az представляет новость на азербайджанском языке

Alimlər immuniteti möhkəmlədən ən yaxşı məhsulların adlarını açıqlayıblar.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, Amerika təhqiqatçıları belə qənaətə gəliblər ki, insanın immuniteti 70% bağırsaq mikroflorasından asılıdır və orqanizmin müdafiə qüvvələrini möhkəmləndirən ən yaxşı məhsulların adlarını açıqlayıblar.

ABŞ mütəxəssisləri hesab edir ki, insan lifli qidadan daha çox istifadə etsə, onun bağırsaq hüceyrələri daha sürətlə işləyəcək. Lifli qida həzm olunanda əmələ gələn maddə orqanizmin qoruyucu funksiyasını yaxşılaşdırmaqda hüceyrələrə kömək edir.

Alimlər bir sıra tədqiqatlar apardıqdan sonra aydınlaşdırıblar ki, orqanizmin xəstəlik törədən patogenlərdən müdafiəsi çox vaxt rezedent bakteriyaların aktivliyindən asılıdır.

İnsan sellülozla zəngin yemək yedikdə kolonsitlər elə işləməyə başlayır ki, rezedentlərin məhv olmasının qarşısı tamamilə alınır.

Alimlər bildirirlər ki, düzgün qidalanma yeyilən məhsulların keyfiyyətindən birbaşa asılıdır.

Mütəxəssislərin qeyd etdiyinə görə, düzgün qidanın tərkibində yağlı, unlu və nişastalı məhsullar mümkün qədər az olmalı, daha çox zülal, vitaminlər, sellüloz və mikroelementlər olmalıdır.

Diyetoloqlar isə, öz növbəsində,  bildirirlər ki, immuniteti möhkəmləndirmək üçün müxtəlif sıyıqlara, təmizlənməmiş taxıl məhsullarına, tərəvəzlərə,  xüsusən, yerkökünə, və  sitrus bitkilərinə üstünlük verilməlidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz