Ronaldonun Premyer Liqa göstəricisi təkrarlandı

Day.Az представляет новость на азербайджанском языке

İngiltərə Premyer Liqasının  keçirilən Leicester-lə oyunu (4:3) Wolverhampton-un futbolçusu Dioqo Jota üçün əlamətdar olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi İngiltərə çempionatları tarixində het-trik edən 2-ci portuqaliyalı olub.

Jotaya qədər yalnız Kriştianu Ronaldu belə göstəriciyə imza atmışdı. Sonuncu 2008-ci ildə Newcastle ilə oyunda (6:0) MY-nin 3 qolunu vurmuşdu.

Qeyd edək ki, 22 yaşlı portuqaliyalı Wolverhampton-a ötən yay Atletiko-dan keçib. Onun transferi 14 milyon avroya başa gəlib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz