Dəridə baş verən xəstəlik

Day.Az представляет новость на азербайджанском языке

Kuperoz dəri örtüyündə qan dövranının pozulması ilə səciyyələnən damar divarının zəifliyi nəticəsində yaranan xəstəlikdir və ondan əsasən xarici təsirlərə daha çox reaksiya verən bəyaz və həssas dərili qadınlar əziyyət çəkirlər. Kapilyarlarda qan dövranının durğunluğuna səbəb olan bir sıra amillərin təsiri onun yaranması ilə nəticələnir. Həmin amillərə siqaretçəkmə, iti və çox isti qida, qızdırmanı salan preparatlar, ultrabənövşəyi şüalar və birmənalı disbalans aid edilir, -deyə Bakı şəhər 1 nömrəli dəri-zöhrəvi xəstəxanasının həkim-dermatoloqu Həsən Həsənov söhbət açır.

O, xəstəliklə əlaqədar dermatoloq məlumat verərək deyib: "Həmçinin dəri örtüyündə qan dövranının pozulması genetik meyilliyin nəticəsi ola bilər. Xəstəliyin əsas əlamətləri qaşınma, yandırma, bəzən dəri qızartısı və onun iltihabı sayılır. Qızartılar şəklində təzahürlər bir qayda olaraq həmcins olur. Yanaq, burun, çənə və alın nahiyəsində yerləşir, damarlı ulduzlar, genişlənmiş kapillyarlardan ibarət torlar şəklində nəzərə çarpır. Terapevtik tədbirlərin aparılmaması xəstəliyin inkişafı və əlamətlərinin təzahürünün intensivliyi ilə səciyyələnir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dəri vəziyyətinin pisləşməsi kuperozun ağırlaşmasından xəbər verir. Xəstə dəri zaman keçdikcə daha çox nazikləşir və maye itkisi səbəbi ilə quruyur. Mayenin daxil olmasına isə qan durğunluğu mane olur. Qan dövranının pozulması oksigen və qida maddələrinin çatışmazlığı ilə nəticələnir, üzün sağlam rənginin itməsi və dərinin solğunluğu ilə təzahür edir. Adekvat müalicə aparılmadıqda prosesin sürətli inkişafı müşahidə olunur və nəticədə üz dərisinin erkən qocalması baş verir.

Kuperozun müalicəsi xəstəliyin mərhələsindən asılı olaraq təyin olunur və bəzən xüsusi kosmetik prosedurlarla məhdudlaşır. İnkişafın erkən mərhələlərində müalicə vaxtı bəzən dərinin damarlarına təsir edən və xəstəliyi aradan qaldıran maska, tonik kimi vasitələrin tətbiqi kifayət edir. Həmin tədbirlər həmçinin qan dövranı pozulmasının daha ağır mərhələlərinin müalicəsindən sonra köməkçi prosedur kimi lazım gəlir. Daha səmərəli və müasir müalicə metodlarına fototerapiya, ozonoterapiya, lazer terapiyası və kimyəvi pilinqdir.

Həmin üsullar kapilyarların divarlarının möhkəmlənməsinə imkan yaradır, qızartıları azaldır, həmçinin dəri örtüyünün elastikliyini artırır. Onlar dərinin rəngini yaxşılaşdıraraq və onu cavanlaşdıraraq vəziyyətə müsbət təsir göstərir. Prosedurlar keçiriləndən sonra müalicə effekti və tam sağalma 2-3 həftədən sonra baş verir.

Kuperozun müalicəsinin mümkün və müasir üsullarından biri də incə iynəni genişlənmiş damarlara daxil etməklə elektrik cərəyanı vasitəsilə elektrokoaqulyasiya edilməsidir. Həmin təsir nəticəsində funksiyaları pozulmuş damarın dağıdılması baş verir. Xəstəlik çox geniş yayılmayanda həmin üsul daha münasib sayılır. Hər hansı narahatlığın olmaması ilə səciyyələnən səmərəli prosedur xüsusi klinikalarda aparılan lazer sklerozlaşmasıdır. Kuperozun müalicəsi həyat tərzinin dəyişilməsi, qidalanmanın normallaşması və xüsusi pəhriz seçimi ilə bərabər aparılmalıdır. Həkimin peşəkarlığı, xəstənin bütün müalicə və profilaktik tövsiyələrə riayət etməsi müsbət nəticəyə aparıb çıxarır. Maksimal səmərə üçün xəstəliyin müalicəsini ixtisaslaşmış mütəxəssisə etibar etmək son dərəcə əhəmiyyətli məsələdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.